Pakistandakı terror aktının İŞİD-lə bağlantısı olduğu iddia edilir
Pakistan təhlükəsizlik qüvvələri 30-dan çox insanın ölümünə səbəb olan İslamabad hücumunun təşkilatçısını saxlayıb.
Crossmedia.az "The News" qəzetinə istinadən xəbər verir ki, onun üç əlbirinin də ələ keçirildiyi bildirilir.
Nəşrin məlumatına görə, cinayətkarlar şimal-qərbdəki Xayber Paxtunxva əyalətində tutulublar.
Hüquq-mühafizə orqanlarındakı mənbələr qəzetə bildiriblər ki, hücumun təşkilatçısı İŞİD terror qruplaşması ilə əlaqəli olub və Əfqanıstanda təlim keçib.
22:05 07.02.2026
Oxunuş sayı: 481