Orban: Ukrayna Macarıstanın düşmənidir
Ukrayna Macarıstanın düşmənidir, çünki o, Avropa İttifaqından Rusiya enerjisinin idxalını dayandırmağı tələb edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban deyib.
Orban qeyd edib ki, Rusiyadan enerji təchizatı olmadan macar ailələrinin kommunal xərcləri ildə ən azı 8% artacaq.
21:35 07.02.2026
Oxunuş sayı: 395