Ukrayna korrupsiya bataqlığında...
Ukrayna Maydan etirazlarından bir il sonra da Avropanın ən korrupsiyalaşmış ölkəsi olaraq qalır.
Crossmedia.az "Transparency International"-a istinadən xəbər verir.
Beynəlxalq antikorrupsiya ictimaiyyəti qeyd edir ki, məyusedici nəticələr, ölkənin müstəqillik qazandıqdan sonra əvvəlki hakimiyyətlərin buraxdığı korrupsiya sxemlərinin aradan qaldırılmasında minimal irəliləyişdən xəbər verir.
Dəyişikliklərə baxmayaraq, Ukrayna korrupsiyanın təsirindən qurtula bilməyib.
Yeni qəbul edilmiş qanunlar isə korrupsiyaya qarşı mübarizədə hələ də nəzərə çarpacaq nəticələr ortaya qoymayıb.
21:07 07.02.2026
Oxunuş sayı: 437