Kobaxidzedən Avropaya gözlənilməz təklif
Gürcüstan xarici təsirlə mübarizədə ən yaxşı təcrübəyə malikdir və bunu Avropa Şurası ilə bölüşməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze bildirib.
Nazir qeyd edib ki, şəffaflıq qanunu məhz bu məqsədə xidmət edir.
Sonrakı qanunvericilik də bunu edir. Gürcüstan xarici təsirlə mübarizə aparmaq üçün addımlar atmağa davam edir.
Qrantlar haqqında Qanuna edilən dəyişikliklər məhz bununla bağlıdır.Çünki onlar bu yayınma mexanizmlərini neytrallaşdırmağa xidmət edir.
20:42 07.02.2026
Oxunuş sayı: 415