ABŞ–Rusiya hərbi buzları əriyir: NATO ilə gizli görüşdə nə razılaşdırıldı?
Əbu-Dabidə keçirilən son üçtərəfli görüş çərçivəsində NATO-nun Avropa üzrə ümumqoşun komandanı Aleksus Grinkeviçlə Rusiya Baş Hərbi Kəşfiyyat İdarəsinin direktoru İqor Kostyukov arasında ikitərəfli görüş baş tutub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Görüşdə tərəflər ABŞ və Rusiya arasında hərbi kanalların, eləcə də NATO ilə Rusiya arasındakı əlaqə mexanizmlərinin yenidən bərpası barədə razılığa gəliblər.
Məlumata görə, general Grinkeviç Rusiyanın dünyanın ən böyük nüvə gücü olduğunu vurğulayaraq, Moskva ilə dialoqun qlobal strateji sabitliyin qorunması baxımından zəruri olduğunu bildirib.
Görüş hərbi eskalasiya risklərinin azaldılması və qarşılıqlı anlaşmanın gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
20:30 07.02.2026
Oxunuş sayı: 448