Bəşər Əsədin hakimiyyətinin son günləri ilə bağlı maraqlı məlumat: Telefonla oynayıb və...
Suriyanın sabiq prezidenti Bəşər Əsəd hakimiyyətinin son illərində siyasi proseslərdən demək olar ki, tam uzaqlaşıb və günlərinin böyük hissəsini mobil oyunlar oynamaqla keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Atlantic” nəşri məlumat yayıb.
Məqalədə bildirilir ki, Əsəd həm köməkçilərindən, həm də əsas müttəfiqləri olan Rusiya və İranın verdiyi məsləhətləri sistemli şəkildə görməzdən gəlib.
Nəşrin yazdığına görə, İran rəhbərliyi bir neçə dəfə sanksiyaların yumşaldılması üçün müxalifətlə dialoq təklif etsə də, Əsəd bunu qəti şəkildə rədd edib.
Rusiya da dəfələrlə Türkiyə ilə danışıqlar və kürd qüvvələri ilə vasitəçilik imkanlarını gündəmə gətirsə də, Dəməşq bu təklifləri qəbul etməyib.
Məqalədə qeyd olunur ki, 2020-ci ildə ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Suriyaya dair gizli diplomatik kanal açılıb.
Vaşinqton sanksiyaların qaldırılması və qoşunların çıxarılması ehtimalını nəzərdən keçirib.
Lakin bütün bu imkanlara baxmayaraq, Əsəd şəxsi mövqeyinə görə ABŞ-lə dialoqu dayandırıb və nəticədə həm daxili, həm də xarici dəstəyi tədricən itirib.
20:08 07.02.2026
Oxunuş sayı: 442