İran qonşu ölkələri deyil, bölgədəki ABŞ hərbi bazalarını hədəf alacaq - Əraqçı
İranın xarici işlər naziri Abbas Əraqçı mümkün hərbi qarşıdurma halında Tehranın mövqeyini açıqlayıb.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
O bildirib ki, İran qonşu ölkələrə hücum etməyi planlaşdırmır, lakin həmin ölkələrin ərazisində yerləşən ABŞ hərbi bazaları hədəf olacaq. Qətərin paytaxtı Dohada “Əl-Cəzirə” telekanalına müsahibə verən Əraqçı bu iki anlayış arasında ciddi fərq olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Vaşinqton İrana qarşı hərbi addım atarsa, Tehran ABŞ ərazisinə zərbə endirməyi nəzərdə tutmur. Onun sözlərinə görə, cavab tədbirləri yalnız ABŞ-ın regiondakı hərbi mövcudluğuna yönələcək. Əraqçı əlavə edib ki, İranın mövqeyi müdafiə xarakterlidir və bölgədə yeni münaqişə istəmir.
18:32 07.02.2026
Oxunuş sayı: 695