Səhv etdi, 2.000 Bitcoin köçürdü
Şimali Koreyada kripto birjasında yalnışlıq nəticəsində platforma istifadəçilərinə 2.000 von göndərmək istəyəndə təsadüfən 2.000 Bitcoin köçürdü.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Səhv nəticəsində ümumi dəyəri 40 milyard dollardan çox olan vəsait istifadəçilərə çatdı. Hazırda 695 istifadəçinin əməliyyat və pul çıxarma hüquqları dayandırılıb. Birja problemi düzəltmək və vəsaiti geri qaytarmaq üçün tədbirlər görür. Hadisə həm ölkə, həm də qlobal kripto bazarında diqqət mərkəzinə düşüb. İstifadəçilər və ekspertlər belə səhvlərin təhlükəsini və nəzarətin vacibliyini vurğulayır. Hələlik birjanın rəsmi açıqlamaları gözlənilir.
17:44 07.02.2026
Oxunuş sayı: 496