CROSSMEDIA - Cənubi Koreyada hərbi vəziyyət
Xarici xəbərlər

Cənubi Koreyada hərbi vəziyyət

Cənubi Koreyanın paytaxtı Seula ordu və zirehli texnika yeridilib.

Crossmedia.az xarici KİV-ə istinadən bildirir ki, hərbi vəziyyətin elan olunmasına səbəb hazırkı prezidentin “Şimali Koreyaya meylli qüvvələr” tərəfindən impiçment cəhdi olub.

Milli Məclis binası mühasirəyə alınıb, deputatların binaya girişinə qadağa qoyulub. Eyni zamanda, hərbi vəziyyət qanunlarını pozanların məhkəməsiz həbs olunacağı bildirilib.

Müxalifət lideri Li Cae Myon xalqı Milli Məclisin qarşısına toplaşaraq konstitusiya quruluşunu müdafiə etməyə çağırıb. Prezident Yun Suk Yol tərəfindən elan edilən hərbi vəziyyət ölkədə siyasi gərginliyi daha da artırıb.

Koreya Prezidenti məsələ ilə bağlı fikirlərini belə bildirib:

 "Mən hərbi vəziyyət haqqında qərar qəbul etməyə məcbur edim. Çünki Şimali Koreya dəstəkli kommunistlər ölkəmizi ələ keçirməyə çalışırlar.

Mən Koreya Respublikasının azadlığını qorumaq üçün belə addım atdım. Müxalifət faktiki olaraq parlamentin fəaliyyətinə mane olur və ölkənin konsitutsion quruluşuna meydan oxuyur".

Cənubi Koreyanın Müdafiə Nazirliyi orduya fövqəladə halları dəf etməyə hazır olmağı, ehtiyatda olan hərbçilərə xidmətə qayıtmağı əmr edib.

Cənubi Koreya parlamenti ölkədə hərbi vəziyyətin ləğvinə səs verib. Parlamentarilərin bu qərarı isə alqışlarla qarşılanıb.

Gültac Mehdizadə 

16:31 03.12.2024

Oxunuş sayı: 6977

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR