CROSSMEDIA - Dövlət Baxçalı Türkiyəyə daxil olan saxta dollarla bağlı açıqlama verib
Xarici xəbərlər

Dövlət Baxçalı Türkiyəyə daxil olan saxta dollarla bağlı açıqlama verib

Türkiyədə, ölkəyə 600 milyon saxta dolların daxil olması ilə bağlı yayılan xəbərlərin yalan olduğu bildirilib.

Crossmedia.az türk mətbuatına istinadla xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri, hakim Ədalət və İnkişaf Partiyası ilə ittifaqda olan Dövlət Baxçalı, bu məlumatların ölkəyə qarşı bir əməliyyat olduğunu və bunun nəticəsində panikanın yayılmasına səbəb olduğunu bildirib. O, valyuta dəyişmə məntəqələrinin əməliyyatları dayandırdığını və bu barədə araşdırmaların davam etdirilməsini tələb edib.

Saxta dollarlar əsasən 50 və 100 dollarlıq əskinaslar olub, birinci hadisə Suriya ilə sərhəd olan Gaziantep şəhərində baş verib. Valyuta dəyişmə məntəqələri əvvəlki nümunə ilə olan banknotları qəbul etməməyi qərara alıb və cihazlarını yeniləməyə başlayıblar.

Türkiyə hökuməti lazımi tədbirləri gördüklərini və turistlərə yeni seriya dollarlarını götürməyi tövsiyə edib.

14:57 03.12.2024

Oxunuş sayı: 6639

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR