Tiflisdə 34 etirazçı saxlanıldı
Tiflisdə hüquq-mühafizə orqanlarının əməkdaşları 34 etirazçını saxlayıblar.
Crossmedia.az Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən məlumat verir. Qarşıdurma zamanı 12 polis əməkdaşı yaralanıb.
Etirazlar Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Avropa İttifaqı ilə danışıqların 2028-ci ilə qədər dayandırıldığını elan etməsindən sonra başlayıb. Bu qərar Tbiflisdə və ölkənin digər şəhərlərində geniş etirazlara səbəb oldu.
Gürcüstan 2022-ci ilin dekabrında Aİ-yə namizəd ölkə statusunu alıb, lakin danışıqların dayandırılması vətəndaşlar arasında geniş əks-səda doğurub.
Gültac Mehdizadə
12:53 03.12.2024
Oxunuş sayı: 7544