İran və ABŞ danışıqları Omanda baş tutacaq
İran və ABŞ Omanda birbaşa danışıqlara başlayacaq.
Crossmedia.az bu barədə "Independent Persian"a istinadən xəbər verir.
Məlumata görə, İran İslam Respublikası ilə ABŞ nümayəndələri arasında danışıqlar bu həftənin cümə günü Omanın paytaxtı Maskatda keçiriləcək. Bildirilir ki, görüş vasitəçilərsiz, birbaşa təmaslar formatında baş tutacaq.
Oman uzun illərdir Tehran və Vaşinqton arasında qeyri-rəsmi diplomatik kanalların qurulmasında vasitəçi rolunu oynayan ölkə kimi tanınır. Lakin bu dəfə danışıqların birbaşa formatda təşkili xüsusi diqqət çəkir.
"Axios" portalının müxbiri Barak Ravidin məlumatına görə, görüşdə ərəb və müsəlman ölkələrinin nümayəndələrinin iştirak edib-etməyəcəyi hələlik dəqiqləşməyib. Danışıqların formatı və iştirakçı tərkibi ilə bağlı detallərin son anda müəyyənləşəcəyi qeyd olunur.
Xatırladaq ki, bundan əvvəl görüşün Türkiyədə keçirilməsi planlaşdırılırdı.
10:10 04.02.2026
Oxunuş sayı: 464