ABŞ–İran danışıqları baş tutacaq: Ağ Ev iddialara aydınlıq gətirdi
ABŞ ilə İran arasında planlaşdırılan danışıqlar təxirə salınmadan keçiriləcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit açıqlama verib. Onun sözlərinə görə, tərəflər arasında təmaslar əvvəlcədən razılaşdırılmış qrafik üzrə davam etdiriləcək.
Qeyd edək ki, daha əvvəl "The Wall Street Journal" qəzeti İran rəsmilərinin fevralın 6-da Türkiyədə keçirilməsi planlaşdırılan danışıqlardan geri çəkilə biləcəyi ehtimalını gündəmə gətirmişdi. Nəşr bu ehtimalı son günlər baş verən hərbi-insidentlərlə əlaqələndirib.
Məlumata görə, İran gəmilərinin Hörmüz boğazında Amerika tankerini ələ keçirmək cəhdi uğursuzluqla nəticələnib. Ardınca isə Ərəbistan dənizində ABŞ-nin təyyarədaşıyan gəmisinə doğru hərəkət edən İran pilotsuz uçuş aparatı Amerika F-35 qırıcısı tərəfindən vurulub.
Buna baxmayaraq, Ağ Ev danışıqların plan üzrə baş tutacağını təsdiqləyib.
09:05 04.02.2026
Oxunuş sayı: 561