Vaşinqtondan açıq təhdid: Bu halda İraq nefti risk altındadır
ABŞ Nuri Əl-Malikinin yenidən İraqın baş naziri olması ehtimalı ilə bağlı Bağdadı neft ixracına sanksiyalar tətbiq etməklə hədələyib.
Crossmedia.az "Bloomberg" nəşrinə istinadən xəbər verir.
Vaşinqton Əl-Malikini İrana həddən artıq yaxın fiqur hesab edir.
Onun hakimiyyətə qayıdışını regionda ABŞ maraqlarına ciddi təhlükə kimi qiymətləndirir.
ABŞ rəsmiləri İraq siyasi dairələrinə açıq şəkildə çatdırıblar ki, Əl-Malikinin baş nazir postuna gətirilməsi halında İraqın neft ixracı və maliyyə axınları sanksiyalarla üzləşə bilər.
21:50 03.02.2026
Oxunuş sayı: 409