Fars körfəzində təhlükəli eskalasiya: İran ABŞ tankerini ələ keçirməyə cəhd edib
İran Fars körfəzində ABŞ bayrağı altında üzən neft tankerini ələ keçirməyə çalışıb.
Crossmedia.az “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir.
Tanker İranın dayanmaq tələbinə tabe olmayıb. Nəticədə ABŞ hərbi gəmisi tərəfindən müşayiət olunaraq ərazidən çıxarılıb.
Məlumata görə, İran hərbi gəmiləri tankerin istiqamətinə doğru hərəkət edib və körfəzdən uzaqlaşan ABŞ döyüş gəmisi təhlükəsizlik məqsədilə tankerin yaxınlığına məcburən daxil olub.
Bundan bir neçə saat sonra İran ABŞ-ə məxsus yük gəmisinə qarşı gün ərzində ikinci müdaxilə cəhdini həyata keçirib.
Kiçik, lakin yüksək sürətli İran katerləri gözlənilmədən ABŞ yük gəmisinin yaxınlığında peyda olub.
İran hərbiçiləri gəmi ətrafında təhlükəli manevrlər edərək onun istiqamətini dəyişməyə məcbur ediblər.
Hadisədən sonra ABŞ hərbi helikopterləri havaya qalxıb. Təhlükəsizlik riski səbəbilə yük gəmisi bir neçə saat ərzində hərəkətini davam etdirə bilməyib və təyinat nöqtəsinə gecikmə ilə çatıb.
21:42 03.02.2026
Oxunuş sayı: 598