Makron Putinə "qapını aralayır": Paris Moskva ilə dialoqa hazırlaşır
Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı müharibənin sona çatdırılması məqsədilə rusiyalı həmkarı Vladimir Putinlə dialoqun bərpası üçün texniki hazırlıqların başladığını açıqlayıb.
Crossmedia.az “Le Monde” qəzetinə istinadən xəbər verir.
Makron bildirib ki, mümkün danışıqlar üçün ilkin mərhələdə texniki müzakirələr aparılır.
“Biz buna hazırlaşmalıyıq. Məhz buna görə də hazırda texniki səviyyədə müzakirələr gedir”, – deyə Fransa prezidenti qeyd edib.
Eyni zamanda Makron vurğulayıb ki, Rusiya ilə hər hansı dialoq Ukrayna Prezidenti Volodimir Zelenski və Avropanın Ukraynanı dəstəkləyən könüllülər koalisiyasına daxil olan müttəfiqlərlə sıx koordinasiya şəraitində aparılmalıdır.
21:34 03.02.2026
Oxunuş sayı: 513