İranın Avstriyadakı səfiri ölkəsindən üz döndərdi
Avstriyadakı İran səfirliyinin müvəqqəti işlər vəkili Qulamrza Derikvənd missiyasını tərk edərək İsveçrəyə sığınıb.
Bildirilib ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Nazirlik əməkdaşlarının isə bu diplomat barədə danışmaqdan yayınaraq ya məlumatsız olduqlarını, ya da kəşfiyyat orqanlarından qorxduqlarını əsas gətirdikləri qeyd olunur.
Qulamrza Derikvənd daha əvvəl, 2011–2014-cü illərdə İranın Çexiyadakı səfirliyində də müvəqqəti işlər vəkili vəzifəsində çalışıb.
Onun həmkarlarının sözlərinə görə, diplomatik təcrübəsi və karyera yolu nəzərə alınsa, Xarici İşlər Nazirliyində fəaliyyətini davam etdirdiyi təqdirdə səfir rütbəsinə yüksəlmək ehtimalı yüksək idi.
19:10 03.02.2026
Oxunuş sayı: 647