2017-ci ildə Qətərdə planlaşdırılan çevriliş cəhdinin Türkiyə hərbi kontingentinin iştirakı sayəsində baş tutmadığı iddia olunur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ hökuməti ilə sıx əlaqələri olan nüfuzlu maliyyəçi Ceffri Epşteynə aid olduğu bildirilən sızdırılmış məktubda qeyd edilir.
Sənəd 30 iyun 2017-ci il tarixlidir və Epşteyn tərəfindən Ənəs əl-Rəşid adlı şəxsə göndərildiyi bildirilir. Məktubda həmin dövr “məşğul yay” kimi xarakterizə olunur.
Xatırladaq ki, 5 iyun 2017-ci ildə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətəri “terrorçu qrupları dəstəkləməkdə” ittiham edərək Doha ilə diplomatik əlaqələri kəsmiş və iqtisadi embarqo tətbiq etmişdilər.
Bu addıma cavab olaraq Türkiyə Qətəri açıq şəkildə dəstəkləmiş, Ankara Dohadakı Türkiyə hərbi kontingentini əhəmiyyətli dərəcədə genişləndirmişdi.
Qətər böhranı 2021-ci ilin yanvarında diplomatik münasibətlərin bərpası ilə başa çatıb. Nəticədə Qətərə qarşı tətbiq edilən təzyiq siyasətinin uğursuz olduğu, irəli sürülən ultimatum tələblərinin isə heç vaxt yerinə yetirilmədiyi ortaya çıxıb.
Qeyd olunur ki, sonrakı illərdə regionda ABŞ və İsrailin siyasəti fonunda Qətərin bir sıra ölkələrlə, o cümlədən hərbi sahədə əlaqələri bərpa edilməklə yanaşı daha da möhkəmlənib.