Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bəyan edib ki, Rusiyanın TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu) layihəsində iştirakı nəzərdən keçirilmir.
Crossmedia.az xəbər verir ki, o, bu barədə Faktor TV-yə müsahibəsində bildirib.
TRIPP layihəsi ilkin mərhələdə ABŞ-nin iştirakı ilə erməni–amerikan təşəbbüsü kimi planlaşdırılıb. Onun sözlərinə görə, layihəyə digər ölkələrin cəlb edilməsi effektivliyə mənfi təsir göstərə bilər.
Parlament sədri vurğulayıb ki, əgər gələcəkdə əlavə marşrutlar və ya üçüncü ölkələrin iştirakı ilə alternativ yollar formalaşarsa, bu cür təşəbbüslər TRIPP çərçivəsində deyil, ayrı-ayrı infrastruktur layihələri kimi reallaşdırılmalıdır.
Simonyan qeyd edib ki, TRIPP-in əsas məqsədi məhdud iştirakçılarla daha çevik və səmərəli əməkdaşlıq mexanizmi yaratmaqdır.