Fransanın xarici işlər naziri Jean-Noel Barrot İranla ABŞ arasında mümkün danışıqlarla bağlı yayılan məlumatlara münasibət bildirərək deyib ki, istənilən diplomatik prosesin ilk və əsas şərti İranda repressiyalara son qoyulması olmalıdır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə nazir televiziya proqramında çıxışı zamanı vurğulayıb.
İlkin addım kimi “qanlı repressiyaların dayandırılması, siyasi məhbusların azad edilməsi, internetə çıxışın bərpası və İran xalqına əsas azadlıqların qaytarılması” müzakirə edilməlidir.
Barrotun sözlərinə görə, yalnız bu tələblər yerinə yetirildikdən sonra İranın nüvə proqramı, raket fəaliyyəti və Tehranın regionda silahlı qruplara verdiyi dəstək kimi məsələlər gündəmə gətirilə bilər.
Fransa XİN rəhbəri qeyd edib ki, insan haqlarının ciddi şəkildə pozulduğu bir şəraitdə aparılan danışıqların real və davamlı nəticə verməsi mümkün deyil.