Heqset: ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək
ABŞ Prezidenti Donald Trump əvvəldən mövqeyini açıq şəkildə ifadə edib: İran heç vaxt nüvə silahına sahib olmayacaq.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset jurnalistlərə açıqlamasında bildirib.
Heqseth vurğulayıb ki, ABŞ Müdafiə Nazirliyi Tehranın ya danışıqlar yolunu seçməsi, ya da alternativ addımlarla üzləşməsi üçün hər an hazır vəziyyətdədir. O, bu kontekstdə əvvəlki hərbi əməliyyatlara istinad edərək, hazırlığın saxlanılmasının vacibliyini qeyd edib.
Nazirin sözlərinə görə, Tramp münaqişənin dərinləşməsini istəmir, lakin Pentaqonun əsas vəzifəsi tam hərbi hazırlığı qorumaqdır. Heqset ABŞ ordusunun hazırda “həddindən artıq hazırlıq” səviyyəsində olduğunu açıqlayıb.
O, həmçinin ABŞ prezidentinin sülhə və razılaşmaya sadiq qaldığını vurğulayıb və mümkün nəticələrin İranın danışıqlara nə dərəcədə ciddi yanaşmasından asılı olacağını bildirib.
15:37 03.02.2026
Oxunuş sayı: 416