NATO-nun baş katibi Mark Rutte bəyan edib ki, Rusiya ilə sülh sazişi imzalandıqdan dərhal sonra “istəklilər koalisiyası”na daxil olan ölkələrin silahlı qüvvələri Ukraynada quruda, dənizdə və havada fəaliyyətə başlayacaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rutte qeyd edib ki, bu addım sülh razılaşmasının icrasının təmin olunmasına və təhlükəsizlik mühitinin möhkəmləndirilməsinə xidmət edəcək.
NATO rəhbəri əlavə edib ki, alyansın digər üzvləri də prosesdən kənarda qalmayacaq və “başqa yollarla Ukraynaya dəstək göstərəcəklər”. Onun sözlərinə görə, bu dəstək hərbi olmayan sahələri də əhatə edə bilər.