KİV: Hindistanın Rusiya neftindən imtinası çox çətin hesab olunur
Hindistanın Rusiya neftinin alışından qəfil geri çəkilməsi son dərəcə çətindir.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Hindu Business Line” nəşri mənbələrə istinadən yazıb.
Bildirilir ki, mövcud enerji balansı və uzunmüddətli tədarük mexanizmləri bu cür addımı real baxımdan mürəkkəbləşdirir.
Nəşrin qeyd etdiyinə görə, ekspertlər xəbərdarlıq edirlər ki, Hindistan Rusiya neftinin idxalını tamamilə dayandırarsa, bu addım dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biri olan ölkə üçün dağıdıcı nəticələrə səbəb ola bilər.
Analitiklər vurğulayırlar ki, Rusiya nefti Hindistan üçün həm qiymət, həm də tədarük sabitliyi baxımından mühüm rol oynayır və alternativ mənbələrə sürətli keçid iqtisadi artıma ciddi zərbə vura bilər.
14:42 03.02.2026
Oxunuş sayı: 796