Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Yeni START sazişi ilə bağlı ciddi xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, əgər strateji hücum silahlarının məhdudlaşdırılmasını nəzərdə tutan bu razılaşma uzadılmasa, artıq bir neçə gün ərzində qlobal təhlükəsizlik mühiti daha riskli və qeyri-sabit hala düşəcək.
Peskov vurğulayıb ki, Yeni START beynəlxalq strateji sabitliyin əsas sütunlarından biridir və onun qüvvədən düşməsi nüvə silahlarına nəzarət mexanizmlərinin zəifləməsinə səbəb ola bilər. Kremlin sözçüsü bu vəziyyətin həm regional, həm də qlobal miqyasda ciddi nəticələr doğura biləcəyini bildirib.