Kobaxidze: Orta Dəhliz dünyanı birləşdirən etibarlı körpüdür
Gürcüstanın baş naziri İrakli Kobaxidze 2026-cı il Ümumdünya Hökumət Sammitində çıxışı zamanı Orta Dəhlizin qlobal ticarət üçün strateji əhəmiyyətini vurğulayıb.
Kobaxidzenin sözlərinə görə, Şərqi Asiyanı Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropa ilə birləşdirən Orta Dəhliz geosiyasi fərqləri aradan qaldıran, sabit və etibarlı tranzit marşrutu kimi çıxış edir.
O qeyd edib ki, bu nəqliyyat xətti regional əməkdaşlığı gücləndirməklə yanaşı, qlobal ticarət zəncirlərinin davamlılığını da təmin edir və ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsinə töhfə verir.
14:15 03.02.2026
Oxunuş sayı: 479