Tehranın Cənnətabad bazarı ərazisində bu gün iri yanğın qeydə alınıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İlkin məlumata görə, yanğın 2000 kvadratmetrlik anqarda başlayıb və qısa müddətdə ətraf sahələrə yayılıb.
Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub, alovun qarşısının alınması üçün işlər davam edir. Yanğının hazırda nə qədər ərazini əhatə etdiyi dəqiqləşdirilir.
Xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib. Yanğının başvermə səbəbləri araşdırılır.