BƏƏ İran və ABŞ arasında birbaşa danışıqlara çağırıb
Birləşmiş Ərəb Əmirlikləri prezidentinin müşaviri Ənvər Qarqaş bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri İran və ABŞ arasında birbaşa danışıqların aparılmasını arzu edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qarqaş vurğulayıb ki, Yaxın Şərq artıq kifayət qədər sarsıntılar və kəskin qarşıdurmalar yaşayıb və mövcud problemlər güc yolu ilə deyil, diplomatiya vasitəsilə həll olunmalıdır. Onun sözlərinə görə, region yeni böhranlara deyil, qarşılıqlı anlaşmaya ehtiyac duyur.
“Bizim görmək istədiyimiz, qarşılıqlı anlaşmaya gətirib çıxaracaq birbaşa İran–Amerika danışıqlarıdır”, – deyə BƏƏ prezidentinin müşaviri qeyd edib.
Ənvər Qarqaş əlavə edib ki, uzun müddətdir həll olunmamış mübahisələr regionda sabitliyi dəfələrlə pozub. O, xüsusilə nüvə məsələsinin birbaşa dialoq yolu ilə həllinin ikitərəfli münasibətlərin normallaşması və regional vəziyyətin yaxşılaşması baxımından vacib olduğunu vurğulayıb.
13:52 03.02.2026
Oxunuş sayı: 464