Ermənistan Azərbaycan və Türkiyəyə gedən dəmir yolu xətlərinin bərpasına hazır olduğunu açıqlayıb
Ermənistan Azərbaycan və Türkiyə istiqamətində uzanan dəmir yolu xətlərinin bərpasına hazır olduğunu bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan məlumat verib.
Nazir bildirib ki, İrəvan bu məsələ ilə bağlı Rusiya tərəfi ilə danışıqlar aparır və bərpa işlərinin Moskva tərəfinin birbaşa iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Cənubi Qafqaz Dəmir Yoluna sərhəd istiqamətlərində yerləşən marşrutların təcili bərpası ilə bağlı tapşırıq verib. Söhbət əsasən iki xəttdən gedir:
-
Yeraşxdan Naxçıvan istiqamətində Azərbaycan sərhədinə qədər olan hissə
-
Axurikdən Türkiyə sərhədinə qədər olan xətt
Bununla yanaşı, Razdan–İcevan–Qazax–Ağstafa xəttinin (təxminən 318 milyon dollar), Yeraşx–Horadiz xəttinin (təxminən 61,5 milyon dollar) və Gümrü–Axuryan istiqamətinin (8–9 milyon dollar) modernləşdirilməsi də planlaşdırılır.
İlkin hesablamalara əsasən, nəzərdə tutulan bütün layihələrin ümumi dəyərinin 500 milyon dolları keçə biləcəyi bildirilir. Bu təşəbbüslərin Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması prosesinə təsir göstərəcəyi qeyd olunur.
13:25 03.02.2026
Oxunuş sayı: 570