İran hakimiyyəti ABŞ-nin mümkün hərbi əməliyyatlarının ölkə daxilində yeni etiraz dalğasına səbəb ola biləcəyindən ciddi narahatdır.
Crossmedia.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Məlumata görə, rəsmi Tehran belə bir ssenarinin vəziyyət üzərində nəzarəti zəiflədə və siyasi sistemi sarsıda biləcəyini hesab edir.
Agentliyə danışan, adları açıqlanmayan altı hazırkı və keçmiş iranlı rəsmi bildirib ki, ali dini lider Ayətullah Xameneyiə keçirilən yüksək səviyyəli toplantılarda ictimai qəzəbin təhlükəli həddə çatdığı barədə məlumatlar təqdim olunub. Qeyd edilib ki, əvvəlki illərdə etirazların qarşısını alan qorxu və zorakılıq faktorları artıq cəmiyyəti dayandıran əsas vasitə kimi effektiv sayılmır.
Məlumata görə, ABŞ-nin hətta məhdud miqyaslı hərbi əməliyyatları belə etirazçıları daha da cəsarətləndirə və hakimiyyət üçün əlavə risklər yarada bilər. Rəsmilər bildiriblər ki, belə bir vəziyyətdə cəmiyyətin reaksiyası iyun ayında İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hərbi əməliyyatlar dövründəkindən fərqli və daha sərt ola bilər.