Tramp: Epşteynlə dost olmamışam, əksinə...
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, o, heç vaxt maliyyəçi Cefri Epşteynlə dostluq münasibətlərində olmayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Trampın sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan yeni məlumatlar Epşteynin və “Odur və qəzəb” kitabının müəllifi Maykl Vulfun ona və ya prezidentliyinə zərər vurmaq məqsədilə sui-qəsd planı qurduğunu göstərir.
Tramp bildirib ki, bu iddialar radikal sol dairələrin ümidləri ilə üst-üstə düşür və həmin şəxslərin bir qismini məhkəməyə verməyi planlaşdırır. O vurğulayıb ki, “palçıq atmaq” üsulunu sevmir və Epşteynin tez-tez gündəmə gətirilən adasında heç vaxt olmayıb.
Prezidentin sözlərinə görə, əksinə, həmin adada “demək olar ki, bütün korrupsiyalaşmış demokratlar və onların sponsorları” olub. Tramp bu bəyanatı ilə Epşteyn işi ətrafında özünə yönələn ittihamları qəti şəkildə rədd edib.
11:44 03.02.2026
Oxunuş sayı: 634