Dünyaca məşhur britaniyalı akademik, bioloq, zooloq və yazar Riçard Dovkinsin adı “Epşteyn işi” çərçivəsində aparılan istintaqla bağlı yayılan iddialarda çəkilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumatlara görə, Dovkinsin amerikalı maliyyəçi Ceffri Epşteynlə yaxın münasibətdə olduğu və onun xüsusi məclislərində iştirak etdiyi iddia olunur.
Qeyd edək ki, Riçard Dovkins ateizmin ən tanınmış təmsilçilərindən biri kimi tanınır. Onun müəllifi olduğu "Tanrı İllüziyası" kitabı dünya üzrə ən çox satılan əsərlər sırasındadır. Müəllif bu kitabında din və tanrı anlayışlarını tənqidi yanaşma ilə təhlil edir.
Dovkinsin fikirləri illər ərzində geniş müzakirələrə səbəb olub. O, çıxış və yazılarında dinləri “dünyadakı bir çox pisliyin mənbəyi” kimi xarakterizə edib, İslamı isə “təhlükəli ideologiya” kimi təqdim edən mövqeyi ilə sərt reaksiyalar doğurub.
Hazırda səsləndirilən iddialar rəsmi məhkəmə hökmü ilə təsdiqlənməyib və məsələ istintaq çərçivəsində müzakirə olunur.