İran HHM sistemlərini Çin və Rusiyanın dəstəyi ilə mərkəzləşdirib
İran Çin və Rusiyanın yardımı ilə 12 günlük müharibədən sonra ilk dəfə ölkə üzrə hava hücumundan müdafiə (HHM) sistemlərini vahid komandanlıq altında birləşdirərək şəbəkə əsaslı koordinasiya həyata keçirib.
Crossmedia.az bu barədə "Al Monitor" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, İran paralel olaraq köhnə HHM sistemlərinin modernləşdirilməsinə də başlayıb. Bu prosesdə Çin və Rusiya texniki və məsləhətçi dəstəyi göstərib.
Mənbə qeyd edir ki, xüsusilə Çin İranın hava müdafiə imkanlarının gücləndirilməsinə fokuslanıb. Modernləşdirmə çərçivəsində mövcud sistemlərin uyğunlaşdırılması, məlumat mübadiləsinin sürətləndirilməsi və HHM elementləri arasında koordinasiyanın artırılması əsas prioritetlər sırasında yer alıb.
Analitiklərin fikrincə, bu addımlar Tehranın hava məkanının müdafiəsini gücləndirməyə və mümkün təhdidlərə daha çevik reaksiya verməyə hesablanıb.
09:40 03.02.2026
Oxunuş sayı: 686