Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi tanıdı
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna azadlığa dəyər verən və bu dəyər uğrunda mübarizə aparmağa hazır olan xalqları daim dəstəkləyir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Dövlət başçısı bu kontekstdə İranda baş verən hadisələrə və rəsmi Tehranın həm ölkə daxilində, həm də regiondan kənarda zorakılıq siyasətinə diqqət çəkib.
Zelenskinin sözlərinə görə, beynəlxalq ictimaiyyət artıq İranda repressiyaların real miqyasını və Tehranın münaqişələrin genişlənməsində oynadığı rolu aydın şəkildə görür. O vurğulayıb ki, Ukrayna Rusiyanın Ukrayna şəhər və kəndlərinə hücumlarında istifadə etdiyi minlərlə “Şahid” tipli pilotsuz uçuş aparatını unutmayacaq.
Prezident qeyd edib ki, Avropa dövlətləri də getdikcə İran mənbəli təhlükəni daha dərindən anlayır və bu səbəbdən Tehrana qarşı daha sərt və prinsipial mövqe formalaşdırılır.
Zelenski əlavə edib ki, Ukrayna artıq SEPAH-ı terror təşkilatı kimi tanıyıb və bu mövqeyini dəyişməyəcək.
09:21 03.02.2026
Oxunuş sayı: 602