İordaniya krallığı öz ərazisi və hava məkanının İrana qarşı hərbi əməliyyatlar üçün istifadəsinə icazə verməyəcəyini bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Eymən Səfədi iranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığı zamanı bildirib. Səfədi vurğulayıb ki, İordaniya heç bir regional münaqişədə döyüş meydanına çevrilməyəcək və hava məkanının pozulmasına, eləcə də ölkənin və vətəndaşlarının təhlükəsizliyinin təhdid olunmasına yol verməyəcək.
Danışıq zamanı tərəflər regiondakı mövcud vəziyyəti müzakirə ediblər. İordaniyalı nazir eskalasiyanın mümkün nəticələri ilə bağlı narahatlığını ifadə edərək, Əmmanın Yaxın Şərqdə təhlükəsizliyin qorunmasına yönələn istənilən siyasi səyləri dəstəklədiyini qeyd edib. Eyni zamanda, İran əleyhinə mümkün hərbi addımların regionda gərginliyi daha da artıracağına diqqət çəkilib.