Zelenskidən İrana açıq mesaj: SEPAH terrorçudur
Ukrayna İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodmir Zelenski açıqlayıb.
"Avropa İttifaqının (Aİ) İran rejiminin əsas təşkilatlarından birini - sözdə İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımaq qərarı faktiki olaraq razılaşdırılıb. Hazırda Avropa prosedurları davam edir. Biz Ukraynada artıq bu qərarı qəbul etmişik və bu təşkilatı terror təşkilatı kimi tanımışıq- bizim üçün bu məsələ bağlanıb. Dünyadakı bütün terrorçular bərabər münasibətə və qınağa layiqdirlər - heç kim qalib gəlməməlidir", - deyə prezident bildirib.
Xatırladaq ki,Aİ əvvəllər də oxşar qərar vermişdi.
23:45 02.02.2026
Oxunuş sayı: 587