Epşteyn sənədləri: Qəddafi üçün artıq hər şey bitmişdi
Ceffri Epşteynə məxsus email yazışmaları arasında 2011-ci ildə Liviyada baş verən hadisələrlə bağlı diqqətçəkən bir mətn yer alıb.
Yazışmada Müəmmər Qəddafinin üsyançılarla danışıqlara hazır olduğu qeyd edilsə də, bunun üçün artıq gec olduğu açıq şəkildə vurğulanır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Emaildə Qəddafinin vəziyyəti tarixdə son mərhələdə gizlənən digər liderlərlə müqayisə edilir.
Mətnə görə, danışıqlar real çıxış yolu kimi qiymətləndirilmir və Qəddafinin taleyinin artıq həll olunduğu mesajı verilir.
Yazışmada belə ifadələr yer alıb: “Hitler bunkerdə, bin Laden üçüncü mərtəbədəki yataq otağında, Səddam Hüseyn isə kiminsə həyətində qazılmış bir çuxurda gizlənirdi. Qəddafi üçün də artıq danışıqlar çox gecdir.”
Qeyd edək ki, emailin mövzusu “Qəddafi üsyançılarla danışıqlara hazırdır” kimi təqdim edilsə də, mətnin məzmunu bunun yalnız formal xarakter daşıdığını və real siyasi həll imkanının qalmadığını göstərir.
22:32 02.02.2026
Oxunuş sayı: 624