İran məsələsi: Amerika imperiyasının sonunu gətirə biləcək ssenari
ABŞ İranda məhdud zərbələr ilə hakimiyyəti elita içərisindən birinə ötürərək Venesuela modelini tətbiq etməyə çalışır.
Lakin bu planın uğurlu olması çətindir. Çünki İran dövlətçilik ənənələrinə malikdir və paralel hakimiyyət strukturları mövcuddur.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Hesabatda vurğulanır ki, orduda şah tərəfdarlarının çoxluğu SEPAH-ın rejimə sadiqliyi ilə birləşərək ABŞ planlarını sarsıda bilər.
Eyni zamanda, mövcud hakim quruluş hədəf alınarsa, yerinə daha sərt bir rejim gələ bilər.
İran cəmiyyətinin müharibəyə dözümlülüyü ABŞ üçün əsas problem olaraq qalır.
Rand Korporasiyası xəbərdarlıq edir ki, İran məsələsi ya ABŞ-nin supergüclüyünün təsdiqi, ya da Amerikanın imperiya planlarının sarsılması ilə nəticələnə bilər.
Hesabat xüsusilə belə bir qarşıdurmanın ABŞ üçün “Vyetnam 2.0” ilə nəticələnə biləcəyini qeyd edir.
22:20 02.02.2026
Oxunuş sayı: 401