İran və ABŞ yaxın günlərdə Türkiyədə danışıqlara hazırlaşır
İran və ABŞ yaxın günlərdə Türkiyədə danışıqlar aparmaq niyyətindədirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.
Onun sözlərinə görə, görüş mərhələli şəkildə davam edəcək və əsas mövzu İrana qarşı sanksiyaların ləğvi olacaq.
Bəqayi bildirib ki, danışıqlar yalnız bölgədə yaranan təhdidlərin müzakirəsi ilə məhdudlaşmayacaq.
Sanksiyaların aradan qaldırılması fundamental prioritet olaraq qalır.
Sözçü əlavə edib ki, Tehran və Vaşinqton yaxın günlərdə İranın nüvə proqramı ilə bağlı böhranın həlli üzrə danışıqları bərpa edə bilərlər.
Diplomatik prosesin detallarının hazırlanması mərhələsində olduqlarını bildirən Bəqayi vurğulayıb ki, vaxt vacibdir və qarşı tərəfin əvvəlki danışıqlarda sui-istifadə halları nəzərə alınır.
“Ümid edirik ki, yaxın günlərdə danışıqların detalları barədə daha çox açıqlama verə biləcəyik”, – deyə, Bəqayi bildirib.
19:18 02.02.2026
Oxunuş sayı: 360