PKK/SDF sonrası dövr: Dəməşq Həsəkədə təhlükəsizliyi ələ alır
Suriya hərbi qüvvələri Həsəke şəhərinə yerləşdirilməyə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Suriya TV" məlumat yayıb.
Kanalın yayımladığı görüntülərə görə, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin karvanı Suriya hökuməti ilə SDF arasında əldə edilən razılaşmaya uyğun olaraq təhlükəsizlik tapşırıqlarını yerinə yetirmək üçün şəhərə gəlib.
Təhlükəsizlik qüvvələrinin həmçinin bölmələrini Qamışlı şəhərinə yerləşdirməyə hazırlaşdığı bildirilir.
18:23 02.02.2026
Oxunuş sayı: 2063