ABŞ–İran gərginliyində Türkiyənin vasitəçilik təşəbbüsü nəticə verdi
Türkiyə diplomatiyası intensiv və ardıcıl səylər nəticəsində ABŞ prezidenti Donald Trampı İranla danışıqlara razı salmağa nail olub.
Proses Türkiyənin xarici işlər naziri Hakan Fidanın irəli sürdüyü mərhələli plan əsasında formalaşıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Hakan Fidanın yanaşmasına görə, ABŞ ilk mərhələdə İranla yalnız nüvə proqramı ətrafında müzakirələrə fokuslanmalı və bu sahədə mümkün anlaşma əldə etməyə çalışmalıdır.
Türkiyə hesab edir ki, ballistik raketlər, regional siyasət və digər mübahisəli mövzuların dərhal gündəmə gətirilməsi danışıqlar prosesini "dalana dirəyə bilər".
Bu səbəbdən Ankara Vaşinqtonu əsas prioritet kimi nüvə razılaşmasını önə çəkməyə və digər məsələləri sonraya saxlamağa çağırıb.
17:30 02.02.2026
Oxunuş sayı: 417