Pezeşkian ABŞ ilə danışıqlara başlamaq göstərişi verdi
İran prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqlara başlamaqla bağlı rəsmi göstəriş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Fars News” agentliyi məlumat yayıb.
Bildirilib ki, prezident nüvə məsələsi üzrə danışıqlar prosesinin başlanması ilə bağlı tapşırıq verib.
İran ABŞ ilə nüvə proqramı çərçivəsində müzakirələr aparmağa hazırdır.
Amerika tərəfi ilə ilkin təmaslar yaxın günlərdə Türkiyədə baş tuta bilər.
Eyni zamanda, görüşün Ağ Ev rəhbəri Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof və İranın xarici işlər naziri Abbas Əraqçı arasında keçiriləcəyi ehtimalı var.
17:25 02.02.2026
Oxunuş sayı: 496