Zelenski: Rusiya enerji obyektlərini hədəf almayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son sutka ərzində enerji obyektlərinə məqsədli hücumlar həyata keçirmədiyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, cəbhə xəttində və sərhəd bölgələrində müəyyən hücumlar qeydə alınsa da, Rusiya raketləri və ya pilotsuz uçuş aparatları tərəfindən enerji infrastrukturuna birbaşa hədəf zərbələri olmayıb.
Zelenski qeyd edib ki, Rusiya ordusu əvvəlki günlərdə olduğu kimi, əsas diqqətini Ukraynanın logistikasını sıradan çıxarmağa yönəldib:
“Rusiya ordusu logistikamızı, xüsusilə də dəmir yolunu terror etməyə fokuslanır”, – deyə Ukrayna prezidenti vurğulayıb.
17:12 02.02.2026
Oxunuş sayı: 604