İran Çin və Rusiya ilə birgə dəniz təlimlərini davam etdirəcək
Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik brifinqdə İran Silahlı Qüvvələrinin hərbi təlimlərində hər hansı dəyişiklik olmadığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, İranın Çin və Rusiya ilə birgə keçirdiyi Hərbi Dəniz Qüvvələrinin təlimləri planlaşdırıldığı kimi davam etdiriləcək.
Bəqayi qeyd edib ki, bu təlimlər illik xarakter daşıyır və indiyədək Hind okeanının şimalında altı və ya yeddi mərhələdə keçirilib. O vurğulayıb ki, sözügedən təlimlər öncədən müəyyən edilmiş qrafik əsasında həyata keçirilir və hazırkı mərhələdə hər hansı dəyişiklik nəzərdə tutulmur.
"SEPAH qüvvələrinin sınaqdan keçirilməsi və hazırlıq səviyyəsinin artırılması məqsədi daşıyan təlimlər də mövcud cədvələ uyğun olaraq davam etdirilir", - XİN rəsmisi əlavə edib.
16:00 02.02.2026
Oxunuş sayı: 478