Almaniya İranın təhdidlərinə cavab verdi: Biz qorxmayacağıq
Almaniyanın xarici işlər naziri Yohan Vadeful İran tərəfindən səsləndirilən təhdid ritorikasına sərt cavab verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Avropa ölkələrinin silahlı qüvvələrini “terrorçu” adlandırmasını “əsassız və təbliğat xarakterli” kimi qiymətləndirib.
Qalibaf bu açıqlamanı Avropa Birliyinin İranda etirazların qanlı şəkildə yatırılmasına cavab olaraq SEPAH-ı terror təşkilatları siyahısına daxil etməsindən sonra səsləndirib.
Açıqlama Avropa–İran münasibətlərində gərginliyin artdığı bir dövrdə Berlinin mövqeyinin sərtləşdiyini göstərir və Avropa paytaxtlarının Tehranın təhdidlərinə qarşı geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir.
15:44 02.02.2026
Oxunuş sayı: 455