İran prezidenti ABŞ ilə danışıqlara başlamağa göstəriş verib
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqlara başlanması barədə göstəriş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə İran hökumətindəki mənbəyə istinadən Fars xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ tərəfi ilə ilkin təmasların yaxın günlərdə Türkiyə ərazisində baş tutması ehtimal olunur. Danışıqların formatı və gündəliyi ilə bağlı detallara hələlik aydınlıq gətirilməyib.
Xəbərdə qeyd olunur ki, bu addım ABŞ–İran münasibətlərində artan gərginlik fonunda atılıb və mümkün diplomatik kanalların yenidən aktivləşdirilməsi kimi qiymətləndirilir. Rəsmi Tehran və Vaşinqton tərəfləri məsələ ilə bağlı hələlik açıqlama verməyib.
15:22 02.02.2026
Oxunuş sayı: 445