ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker İranla bağlı Vaşinqtonun mövqeyini açıqlayaraq bildirib ki, Prezident Donald Trampın səbrinin bir həddi var və bu proses sonsuzadək davam etməyəcək.
Crossmedia.az xəbər verir ki, Uitaker bu fikirləri Fox News telekanalına müsahibəsində səsləndirib. Onun sözlərinə görə, Tramp Tehrana açıq şəkildə çatdırıb ki, İranın nüvə silahına sahib olması yolverilməzdir, eləcə də etirazçıların öldürülməsi qəbuledilməz hesab olunur.
ABŞ-nin müttəfiqlərinin İrana qarşı mümkün hərbi təhdid və ya hücum variantlarına münasibəti ilə bağlı suala cavab verən diplomat qeyd edib ki, müttəfiqlər Vaşinqtonun ata biləcəyi addımlardan xəbərdardır.
“İran rəsmiləri vəziyyəti asanlıqla və dərhal yumşalda bilərlər. Top indi onların meydançasındadır. Ancaq Donald Tramp onların cavabını sonsuzadək gözləməyəcək”, – deyə Metyu Uitaker vurğulayıb.
Açıqlama ABŞ–İran münasibətlərində gərginliyin davam etdiyi bir vaxtda rəsmi Vaşinqtonun sərt mövqeyini bir daha ortaya qoyur.