Rusiya xəbərdarlıq edir: Makronun Afrikada gizli planı var
Rusiya Xarici Kəşfiyyat Xidməti iddia edib ki, Fransa Prezidenti Emmanuel Makron ölkənin kəşfiyyat orqanlarına Afrika ölkələrində “arzuolunmaz liderlərin” aradan qaldırılması ilə bağlı planın icrasına başlamaq səlahiyyəti verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumatda bildirilir ki, sözügedən plan Fransanın Afrikadakı təsir imkanlarını qorumaq və genişləndirmək məqsədi daşıyır. Rusiya kəşfiyyatının açıqlamasına görə, bu cür fəaliyyətlər regional sabitliyi poza və yeni gərginlik ocaqları yarada bilər.
Rəsmi Paris isə iddialarla bağlı hələlik açıqlama verməyib. Beynəlxalq ekspertlər qeyd edirlər ki, bu cür bəyanatlar Fransa–Rusiya münasibətlərində onsuz da mövcud olan gərginliyi daha da artıra bilər.
13:15 02.02.2026
Oxunuş sayı: 439