ABŞ Yaxın Şərqə unikal təyyarə göndərir
RC-135U Combat Sent kəşfiyyat təyyarəsi Okinavadakı aviabazadan havaya qalxıb və ehtimal olunur ki, Qətərin Əl-Udeyd aviabazası istiqamətində hərəkət edir.
Crossmedia.az xarici mediaya istinadən məlumat verir ki, ABŞ-nin bu tipdən cəmi iki təyyarəsi var (dünyada mövcud olan yeganə iki ədəd). RC-135U strateji kəşfiyyat aktivi hesab olunur. Onun əsas vəzifəsi qarşı tərəfin radar sistemlərini aşkar etmək, həmçinin elektron siqnalların və texniki hədəflərin təhlili yolu ilə bu sistemlərin iş prinsiplərini müəyyənləşdirməkdir.
Turqut Ansari
11:40 02.02.2026
Oxunuş sayı: 495