İsrail İranla sülh üçün sərt şərtlər irəli sürdü - SİYAHI
İsrail İranla mümkün sülh razılaşması üçün bir sıra ciddi tələblər müəyyənləşdirib.
Crossmedia.az "Ynet"ə istinadən xəbər verir ki, bu barədə İsrailin Channel 12 telekanalı məlumat yayıb.
Təl-Əvivin əsas şərtləri bunlardır:
İran uranın zənginləşdirilməsi proqramını tam dayandırmalı, bütün sentrifuqaları sökməli və zənginləşdirməni 0 faiz səviyyəsinə endirməlidir;
İndiyədək zənginləşdirilmiş təxminən 400 kiloqram uran ehtiyatı tam şəkildə təhvil verilməlidir;
Uzaqmənzilli ballistik raket proqramı tamamilə dayandırılmalıdır;
İran regionda fəaliyyət göstərən proksi qüvvələrə – Hizbullah, HƏMAS, husilər və digər silahlı qruplara dəstəyini kəsməlidir.
Eyni zamanda, İsrail tərəfinin qiymətləndirməsinə görə, Tehran ABŞ tərəfindən irəli sürülən tələblərə güzəştə getməyə hazır deyil. Bu mövqe Ynet xəbər saytının yaydığı məlumatda da əksini tapıb.
Məlumatlarda vurğulanır ki, tərəflər arasında mövcud fikir ayrılıqları yaxın perspektivdə razılaşma ehtimalını xeyli zəiflədir.
09:16 02.02.2026
Oxunuş sayı: 525