Tramp İranla diplomatik həll yoluna açıqdır
ABŞ prezidenti Donald Tramp İranla danışıqlara açıq olduğunu bildirib.
Crossmedia.az "Axios"-a istinadən xəbər verir.
Onun son açıqlamaları göstərir ki, Vaşinqton təkcə təhdid deyil, həm də diplomatik yolla həll axtarır.
Məlumata görə, Qətər, Türkiyə və Misir İranın yüksək vəzifəli rəsmiləri ilə ABŞ nümayəndələri arasında Ankarada görüş təşkil etmək üçün fəal iş aparır.
Bu görüşlər regiondakı gərginliyi azaltmaq və potensial münaqişənin qarşısını almaq məqsədilə nəzərdə tutulur.
23:12 01.02.2026
Oxunuş sayı: 347